Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatdı
06.08.2020 20:06 Gündəm Dünya

Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatdı

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

“MediaPost”un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 153 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 237 265 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 220 546 nəfər təşkil edir.

Xəbərlər şöbəsi

Gündəm