Türkiyədə koronavirusla bağlı son vəziyyət
20.09.2020 20:45 Dünya

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində 61 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1519 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7506, virusa yoluxanlar isə 302 867 nəfərə çatıb.

Türkiyədə indiyədək 266 117 pasiyent (son sutkada 1116 nəfər) sağalaraq evə buraxılıb.

Xəbərlər departamenti

Gündəm