Türkiyədə koronavirusla bağlı son vəziyyət
22.09.2020 20:58 Dünya

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər ölüb.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "twitter" səhifəsində məlumat verib.

Qeyd  olunub ki, son 24 saatda 114 311 şübhəli koronavirus testindən keçib, onlardan 1692-nin cavabı pozitiv çıxıb, 1261 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı isə 1522 nəfərdir.

Türkiyədə ümumilikdə 306 302 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 269 696 nəfər sağalıb, 7639 nəfər ölüb.

 

Xəbərlər departamenti

Gündəm