Türkiyədə koronavirusla bağlı son vəziyyət
09.11.2020 21:49 Dünya

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 85 nəfər dünyasını dəyişib.

"MediaPost" un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 972 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 576 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 396 831 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 047 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 340 286 nəfər təşkil edir.

Xəbərlər şöbəsi

Gündəm