Türkiyədə koronavirusla bağlı son vəziyyət
14.04.2021 21:09 Dünya

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada 62 797 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. 

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 279 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir.

Hazırda ölkə üzrə 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 025 557 3 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 480 146 müalicə olunaraq sağalıb.

 

Xəbərlər şöbəsi

Gündəm