Türkiyədə koronavirusla bağlı vəziyyət necə olub?
03.03.2021 21:32 Dünya

Türkiyədə koronavirusla bağlı vəziyyət necə olub?

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 65 ölüm faktı qeydə alınıb. 

"MediaPost"un məlumatına görə, sutka ərzində ölkədə 138.018 nəfərin koronavirus testi yoxlanılıb.

Onlardan 11.520 nəfərin cavabı pozitiv çıxıb. 7191 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Beləliklə, indiyədək Türkiyədə edilən testlərin sayı 33.578.861-ə çatıb. Yoluxanların sayı 2.734.836, sağalanların sayı 2.593.264, ölənlərin sayı isə 28.771 nəfərədək yüksəlib.

Hazırda ölkədə koronavirusa yoluxmuş 1224 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbərlər şöbəsi

Gündəm