Türkiyədə “Sinovac” vaksininin tətbiqinə icazə verildi
13.01.2021 20:29 Dünya

Türkiyədə “Sinovac” vaksininin tətbiqinə icazə verildi

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə icazə verilib.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza “Sinovac” vaksininin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.

Xəbərlər şöbəsi

Gündəm