Türkiyədə sutka ərzində koronavirusdan 115 nəfər həyatını itirib
23.04.2020 19:26 Dünya

Türkiyədə sutka ərzində koronavirusdan 115 nəfər həyatını itirib

Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2491 nəfərə çatıb.

Ölkədə 3 116 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 790 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 2 014 nəfər sağalıb, sağalanların ümumi sayı 18 491 nəfər təşkil edir.

Xəbərlər departamenti

Gündəm