Türkiyədə sutka ərzində koronavirusdan 68 nəfər ölüb
21.09.2020 22:15 Dünya

Türkiyədə sutka ərzində koronavirusdan 68 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər ölüb.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib

Qeyd olunub ki, son 24 saatda 112 942 şübhəli koronavirus testindən keçib, onlardan 1743-nün cavabı pozitiv çıxıb, 1202 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1491 nəfərdir.

Türkiyədə ümumilikdə 304 610 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 268 435 nəfər sağalıb, 7574 nəfər ölüb.

 

Xəbərlər departamenti

Gündəm