Türkiyədə vaksin tətbiq edilən tibb işçilərinin sayı 100 mini ötüb
Türkiyədə birinci mərhələ etibarı ilə koronavirusa qarşı vaksin tətbiq edilən tibb işçilərinin sayı 100 mini ötüb.
"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, Türkiyə vaksinasiya proqramı ilə əlaqədar əsaslı bazaya sahibdir.
Məlumat üçün qeyd edək ki, birinci mərhələdə vaksin tətbiq edilən şəxslərə 28 gün sonra ikinci dəfə vaksin vurulacaq.