Türkiyədə zəlzələ baş verdi
11.04.2021 22:30 Dünya

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.

"MediaPost"un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar ötən gün yerli vaxtla saat 17:06 (18:06 Bakı vaxtı) Çorum vilayətinin Dodurga rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11,22 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

 

Xəbərlər şöbəsi

Gündəm