Türkiyədə zəlzələ nəticəsində ölənləri sayı 19-a çatıb, 782 nəfər yaralanıb - VİDEO
25.01.2020 06:02 Hadisə

Türkiyədə zəlzələ nəticəsində ölənləri sayı 19-a çatıb, 782 nəfər yaralanıb - VİDEO

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində 772 (Malatya - 221, Elazığ - 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm