Türkiyədə zəlzələ oldu - 5.4 ballıq
25.01.2023 17:36 Dünya

Türkiyədə zəlzələ oldu - 5.4 ballıq

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.

MediaPost "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Muğla vilayətinin Seydikemer rayonundan 80 kilometr məsafədə zəlzələ baş verib.

Yeraltı təkan Rixter şkalası ilə 5.4 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib.

Xəbərlər departamenti

Gündəm