Türkiyədə zəlzələdə ölənlərin sayı 3 432-yə çatıb-YENİLƏNİB
07.02.2023 13:57 Gündəm

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 432-yə çatıb-YENİLƏNİB

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb.

MediaPost xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

"MediaPost” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.

MediaPost xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Xəbərlər departamenti

Gündəm