Türkiyədə zəlzələdə xəsarət alanlar təyyarə ilə təxliyə olunur
Türkiyədə zəlzələ bölgəsində xəsarət alanlar təyyarə ilə təxliyə olunur.
"MediaPost"un xəbərinə görə, bunu türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Zəlzələ bölgəsindən təxliyə olunmaq istəyən vətəndaşlarımızı qərb istiqamətinə təxliyə edirik. Eyni zamanda dağıntılar arasından çıxarılan yaralıları da hava nəqliyyatı vasitəsilə xəstəxanalara aparırıq” – nazir bildirib.
"Dost ölkələrdən yardımlar gəlib və gəlməkdə davam edir. Onları da insanlara paylayırıq" - Akar əlavə edib.