Türkiyədəki səfirliyimiz: “Zənglər dayanmır”
07.02.2023 11:19 Xarici siyasət Gündəm

Türkiyədəki səfirliyimiz: “Zənglər dayanmır”

Ötən gün baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində Operativ Qərargah yaradılıb. 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən qərargaha dayanmadan zənglər gəlir.  

MediaPost xəbər verir ki,bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

“Operativ Qərargaha edilən zənglər dayanmır. Zəlzələnin baş verdiyi hər bölgə üçün səfirliyin 1 əməkdaşı ayrılıb və bütün müraciətlər sistemləşdirilir. Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır”, - rəsmi açıqlamada vurğulanıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ qərargahlar yaradılıb.

Xəbərlər departamenti

Gündəm