Türkiyədəki təyyarə qəzasına səbəb olan inanılmaz xəta açıqlandı
06.02.2020 07:30 Dünya

Türkiyədəki təyyarə qəzasına səbəb olan inanılmaz xəta açıqlandı

“MediaPost”un xəbərinə görə, Türkiyə mediasına açıqlama verən Türkiyə Hava Qüvvələrinin təqaüddə olan hava nəqliyyat nəzarətçisi Zəfər Yeşilgül qəzanın iki nəfərin xətası ucbatından baş verdiyini bildirib.

Z.Yeşilgül külək xəbərdarlığına baxmayaraq eniş edən pilotun və enişə icazə verən qüllənin baş verən qəzada məsuliyyət daşıdığını, eyni zamanda bu xətanın qəbuledilməz olduğunu açıqlayıb.

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan isə “Pegasus” hava yollarına məxsus laynerin sərt eniş etdiyini və bu səbəbdən sürüşərək uçuş zolağından çıxdığını əlavə edib.

Xatırladaq ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Qəza nəticəsində təyyarədə olan 184 nəfərdən 3-ü həlak olub, 179 nəfər xəsarət alıb, pilotlar isə ağır yaralanıb.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm