Türkiyədəki zəlzələdən sonra hər kəs bu videonu paylaşır - VİDEO
25.01.2020 08:29 Gündəm

Türkiyədəki zəlzələdən sonra hər kəs bu videonu paylaşır - VİDEO

"MediaPost" xəbər verir ki, hadisə nəticəsində 20 nəfər həyatını itirib, 1015 nəfər xəsarət alıb.

Zəlzələdən sonra isə sosial mediada bir video yayılmağa başlayıb. Belə ki, video 2019-cu ilin, 6 oktyabrda tarixində yayımlanan verilişdəndir. Sözügedən verilişə qonaq olan professor Naci Görür yaxın aylarda Elazığın Sivrice bölgəsində çox güclü zəlzələnin olması ilə bağlı anons verib.


Bax: Türkiyədə ana və körpəsi 1 gün sonra dağıntıları altından sağ çıxarılıb - FOTO


Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı "Tvitter" hesabından açıqlam verib:

"Elazığda meydana gələn və bir çox ərazimizdə hiss edilən zəlzələnin fəsadlarının aradan qaldırılması və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qurumlarımız bütün lazımi tədbirləri görürlər. Zəlzələ nəticəsində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm