Türkiyədən Bakı-Tbilisi-Qars dəmiryoluna yeni investisiya müjdəsi
Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin “Divriği-Qars” hissəsinə yeni investisiya yatıracaq.
"MediaPost" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.
O qeyd edib ki, bu hissənin daşıma gücünün 5 mln tondan 20 mln tona artırılması planlaşdırılır.
Nazir həmçinin əlavə edib ki, Azərbaycandakı yeni hadisələrdən sonra Naxçıvana da dəmiryolunun çəkilişi nəzərdə tutulub: “Bunun üçün öyrənmə işləri yekunlaşmaq üzrədir”.