Türkiyədən Liviyada yeni həmlə: Müdafiə Nazirliyi açıqladı
21.09.2020 10:10 Xarici siyasət

Türkiyədən Liviyada yeni həmlə: Müdafiə Nazirliyi açıqladı

Liviya Müdafiə naziri Səlahəddin ən Nəmruş Türkiyə ilə birlikdə ordunu yenidən toplamaq və daha da inkişaf etdirmək üçün proqram hazırladıqlarını elan edib. 

"MediaPost" xəbər verir ki, bu barədə nazirin özü Feysbuk hesabında məlumat paylaşıb.

"Türklərlə birlikdə silahlı bölmələri daha da inkişaf etdirmək, hava müdafiəsi, terrorla mübarizə sahəsində birgə əməkdaşlıq üçün proqram tətbiq etməyə başladıq. İlk məqsədimiz beynəlxalq standartlara cavab verən ordunun qurulmasıdır" - deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, Nəmruş 17 avqustda verdiyi açıqlamada əsgərlərin hərbi savadının artırılması üçün Qətər və Türkiyə ilə birgə əməkdaşlıq edəcəklərini bildirmişdi. 

Məleykə Ağasoy

Gündəm