Türkiyədən Yunanıstana xəbərdarlıq: "Yanlış yoldasınız"
21.01.2020 14:54 Xarici siyasət

Türkiyədən Yunanıstana xəbərdarlıq: "Yanlış yoldasınız"

"MediaPost" xəbər verir ki, o, Yunanıstana Aralıq dənizi məsələsindəki münasibətinə görə, xəbərdarlıq edib.

"Berlindəki Zirvə görüşü bu qədər lideri bir araya gətirmək baxımından çox vacib idi. Məqsədimiz Liviyada atəşkəsin davamlılığını etmək olub. Görüşdə Moskvada gördüyümüz işlərlə bağlı müzakirələr aparıldı. Önəmli qərarlar verildi”,- deyə nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Yunanıstan məsələlərə dar pəncərədən baxır: “Problemi yalnız bir razılaşma çərçivəsində qiymətləndirirlər. Yunanıstanın qanuni hökumət əvəzinə qanuni olmayan birini dəstəkləməsi, baxışının yanlış olduğunu göstərir. Guya Haftarı dəvət edərək bizə cavab vermiş olacaqlar. Bu peşəkar bir davranış deyil. Yunaıstanın bu addımı Aralıq dənizindəki problemlərimizi həll etməyə imkan verməyəcək. Yanlış yoldasınız”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm