Türkiyəli futbolçu zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxarıb
07.02.2023 21:13 Dünya

Türkiyəli futbolçu zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxarıb

Türkiyə millisinin və İtaliya "Yuventus"unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldunun imzalı formasını hərraca çıxarıb.

"MediaPost"un məlumatına görə, bu barədə 25 yaşlı müdafiəçi özünün tviter səhifəsində paylaşım edib.

Hazırda icarə əsasında "Atalanta"da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb: "Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 4 544 nəfər ölüb, 26 721 nəfər yaralanıb.

Xəbərlər departamenti

Gündəm