Türkiyəli nümayəndələr Gəncəyə səfər edib: "İnsanların Türkiyə sevgisinə şahid olduq" - <span>FOTOLAR</span>
04.11.2020 10:17 Siyasət

Türkiyəli nümayəndələr Gəncəyə səfər edib: "İnsanların Türkiyə sevgisinə şahid olduq" - FOTOLAR

Türkiyə Gənclik Vəqfi rəhbəri Enes Eminoğlu və digər nümayəndələr Ermənistan rəhbərliyi tərəfindən hədəfə çevrilən Gəncə şəhərinə səfər edib. Türkiyəli nümayəndələr Ermənistanın ballistik raketlərlə hədəf aldığı Gəncə şəhərində dağıdılmış binalara qərənfil qoyaraq dualar ediblər. 

"MediaPost" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Vəqfin rəhbəri bildirib ki, onlar yaşananları öz gözləri ilə görmək istəyiblər: 

"Buraya gələrək bölgəni və qardaşlarımızı ziyarət etmək istədik. Gəlmişkən erməni terrorunun hədəfinə çevrilən və münaqişə zonasından tamam kənar ərazidə olan Gəncəni də ziyarət etdik. Erməni terrorçuları 1992-ci ildə Xocalıda törətdiklərini indi Gəncə və Bərdədə həyata keçirməyə çalışırlar. Burada bütün binalar, maşınlar bayraqlarla bəzədilib. Biz eyni şəkildə insanların Türkiyəyə olan sevgisinin də şahidi olduq. Azərbaycan Ordusunun cəbhədə böyük irəliləyişi var. Çox yaxın zamanda daha gözəl xəbərlərlə Ermənistanın 30 il öncə haqsız şəkildə Azərbaycandan qopardığı yerləri, haqq davası ilə geri qaytaracaqlar. Bütün dualarımız və Türkiyədəki qardaşlarımızın qəlbi buradadır". 

Məleykə Ağasoy

Gündəm