Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21.04.2021 16:41 Siyasət

Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.

"Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb", - deyə bildirilib.

Xəbərlər departamenti

Gündəm