Türkiyənin verdiyi qərar Avropada təşviş yaradıb
28.02.2020 11:40 Xarici siyasət

Türkiyənin verdiyi qərar Avropada təşviş yaradıb

"MediaPost"un verdiyi xəbərə görə, qərarda bildirilib ki, Türkiyə Avropaya keçmək istəyən suriyalı qaçqınlara sərhəd qapılarını açıb.

Avropa Birliyi məsələ ilə əlaqədar ilk açıqlamanı verib. AB-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cosef Borel bildirib ki, İdlibdə gərginliyin azaldılması zəruri tədbirlər görülməlidir:

"Hücumlardan ən çox əziyyət çəkən mülki əhali olur. Avropa Birliyi təhükəsizlik məsələləri ilə əlaqəli maraqlarını qorumaq üçün bütün tədbirlərə əl atacaq".

Yunanıstan isə Türkiyənin sözügedən qərarından sonra quru və dəniz sərhədlərində tədbirləri gücləndirəcəyini açıqlayıb.

Xəbərlər departamenti

Gündəm