Türkiyəyə ağır itki - Çox sayda şəhid var
03.02.2020 07:56 Xarici siyasət

Türkiyəyə ağır itki - Çox sayda şəhid var

“Gərgin artilleriya atəşi nəticəsində qəhrəman silahdaşlarımızdan 4-ü şəhid olub, 9-u ağır yaralanıb. Bölgədə müəyyən edilən hədəflər dərhal müdafiə dəstələrimiz tərəfindən intensiv atəşə tutulub və yerindəcə məhv edilib. Əziz şəhidlərimiz, kədərli ailələri, Türkiyə Silahlı Qüvvələri və nəcib millətimizə başsağlığı verir, yaralı əsgərlərimizə şəfa diləyirik”- Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.

"MediaPost" xəbər verir ki, yaşanan hadisədən sonra prezident administrasiyasının sözçüsü İbrahim Qalın Tvitter hesabı vasitəsilə paylaşım edib:

"Əsgərlərimizin qanı yerdə qalmayacaq, günahkarlar hesab verəcəklər".

Xəbərlər departamenti

Gündəm