TÜRKPA və Türk Mədəni İrs Yardım fondundan Azərbaycana dəstək
13.11.2020 17:21 Dünya Siyasət

TÜRKPA və Türk Mədəni İrs Yardım fondundan Azərbaycana dəstək

Türk Dilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu başçısı Günay Əfəndiyeva Dağlıq Qarabağda qazanılan zəfər münasibətilə Azərbaycanı təbrik edib və həmrəylik mesajı verib.

"MediaPost" xəbər verir ki, Mamayusupov və Əfəndiyeva mərhum Prezident Heydər Əliyevin məzarını, 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını və Bakı Türk Qəbiristanlığını ziyarət edib.

Daha sonra media nümayəndələrinə açıqlama verən Mamayusupov Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını müvəffəqiyyətlə nəticələnən hərbi əməliyyat və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə təbrik edib. 

"Bu qələbə sadəcə Azərbaycan xalqının uğuru deyil. Bütün Türk dünyasının qürurudur. Hər kəs sevinir, biz də buna qatılırıq", - deyə Baş katib bildirib.

Günay Əfəndiyeva da "bu tarixi zəfər sadəcə Azərbaycana deyil, bütün Türk dünyasına şərəf gətirdi" deyib.

Anara Mikail

Gündəm