Ucarda yük qatarının teplovozunda nasazlıq yaranıb, avtomobil yolu bağlanıb - FOTO
26.04.2020 14:50 Hadisə

Ucarda yük qatarının teplovozunda nasazlıq yaranıb, avtomobil yolu bağlanıb - FOTO

Ucarda yük qatarının teplovozunda nasazlıq yaranıb.

"MediaPost" "APA"ya istinadən xəbər verir ki, bu gün gündüz saatlarında Bakıdan Gəncə istiqamətində hərəkətdə olan yük qatarının teplovozundan tüstü yüksəlib.

Yaranmış nasazlıq ucbatından dayanan qatar avtomobillərin hərəkəti üçün nəzərdə tutulan dəmir yolu keçidinin 30 dəqiqə müddətində bağlı qalmasına səbəb olub.

İlkin ehtimala görə, nasazlığa səbəb qısaqapanma olub.

Xəbərlər departamenti

Gündəm