UEFA Çempionlar Liqasının kuboku İstanbula gətirilib
21.04.2021 19:51 İdman

UEFA Çempionlar Liqasının kuboku İstanbula gətirilib

UEFA Çempionlar Liqasının kuboku mayın 29-da İstanbul Olimpiya Stadionunda oynanılacaq turnirin final qarşılaşması öncəsi şəhərə gətirilib.

“Anadolu” Agentliyinin məlumatına görə, həlledici matç sonrası komandalardan birinin başı üzərinə qaldıracağı kubokun nümayişi Esma Sultan igamətgahı qarşısında baş tutub.

Qeyd edək ki, kubok UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil gərargahından birbaşa İstanbula çatdırılıb. Onun çəkisi 7,5 kiloqramdır.

Xəbərlər şöbəsi

Gündəm