UEFA-nın Azərbaycan klublarına ayırdığı pulun miqdarı açıqlanıb
17.12.2019 13:12 Futbol

UEFA-nın Azərbaycan klublarına ayırdığı pulun miqdarı açıqlanıb

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.

Mediapost.az AFFA-ya istinadən xəbər verir ki, "Qarabağ"a 51 min 920 avro, "Neftçi", "Qəbələ" və "Keşlə"nin hər birinə isə 11 min 120 avro ödənilib.

“Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

Xəbərlər departamenti

Gündəm