UEFA “Qarabağ”a 159 min avro ödəyib
25.11.2019 16:17

UEFA “Qarabağ”a 159 min avro ödəyib

2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.

Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin “market pool” nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm