UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verib
12.12.2019 15:40 Futbol

UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verib

Apasport.az saytı xəbər verir ki, UEFA bu hərəkətə görə hansısa cəzanın verilməsini məqsədəuyğun saymayıb.

Müzakirələr zamanı əsgər salamının qaydalara zidd olmadığı üzə çıxıb. Bu səbəbdən də “ay-ulduzlular”a ehtimal olunan cəzaya ehtiyac qalmayıb. Bildirilib ki, bu, emosiyalardan irəli gələn bir jestdir.

Amma UEFA Türkiyə Futbol Federasiyasını başqa səbəbdən cərimələyib. Türkiyəli azarkeşlərin tribunda qaydalardan kənar davranışı 50 min avro bahasına başa gəlib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm