Uhandakı tələbələrin Azərbaycana gətirilməsi ilə bağlı XİN-dən açıqlama
Bu barədə “MediaPost”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
L.Abdullayeva təxliyə ilə bağlı əlavə detalların, o cümlədən Azərbaycan vətəndaşlarının ölkəyə nə vaxt gətiriləcəyi ilə bağlı məlumatların qısa zamanda açıqlanacağını bildirib.
Həmçinin oxu: Tələbələrin Azərbaycana göndəriləcəyi vaxt açıqlandı
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmış yeni növ koronavirusla əlaqədar olaraq Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə həm Türkiyə, həm də Uhandakı 7 nəfər azərbaycanlının təxliyəsinə başlayıb.
Billurə Yunus / “MediaPost”