Virusa görə polislə toqquşma: 100-ə yaxın insan daşlandı - FOTOLAR
21.02.2020 08:21 Dünya

Virusa görə polislə toqquşma: 100-ə yaxın insan daşlandı - FOTOLAR

"MediaPost" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Uhanda gələn 72 nəfərin Paltavadakı sağlıq mərkəzinə aparılması nəzərədə tutulmuşdu. Lakin yerli əhali onları daşıyan avtobusu daşa basıblar və şəhərin mərkəzinə girişlərinə əngəl olmağa çalışıblar.

Etirazçılar koronavirusa yaxalanacaqlarından qorxduqları üçün bu addımı atdıqlarını bildiriblər. Nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

Hadisə yerinə gələn Ukrayna daxili işlər naziri Arsen Abakov mətbuata açıqlama verib. O bildirib ki, yaşanan qarşıdurmada 10 polis işçisi yaralanıb, Uhandan gələn vətəndaşların aparıldığı sağlıq mərkəzi isə qorunur.

Ukraynanın səhiyyə naziri Feysbuk hesabından açıqlama verib. O qeyd edib ki, sağlıq mərkəzlərinə yerləşdirilən vətəndaşlar tədbir məqsədilə iki həftə karantina altında olacaqlar.


Ukrayna'da Vuhan'dan gelenleri taşladılar ile ilgili görsel sonucu

Ukrayna'da Vuhan'dan gelenleri taşladılar ile ilgili görsel sonucu

Ukrayna'da Vuhan'dan gelenleri taşladılar ile ilgili görsel sonucu

Ukrayna'da Vuhan'dan gelenleri taşladılar ile ilgili görsel sonucu

Xəbərlər departamenti

Gündəm