Uhandan təəccübləndirən görüntülər - VİDEO
21.09.2020 15:11 Dünya

Uhandan təəccübləndirən görüntülər - VİDEO

Dünyanın həyatı iflic edən koronavirusla mübarizə apardığı bir vaxtda Uhanda qeydə alınan hadisə eşidənləri şoka salıb.

"MediaPost" xəbər verir ki, Hubey əyalətinin paytaxtı olan və yenidən normal həyata qayıdan şəhərdə 950 nəfər sərnişin qatar gəzintisinə çıxıb.

Bildirilib ki, Hubeyin Xianqyang bölgəsinə baş tutacaq səfər iki gün davam edəcək.

Pandemiyanın başladığı ilk yer olan Hubey əyaləti içində və əyalətlərarası turizmi canlandırmaq üçün digər istiqamətlərdə turist qatar xidmətlərinin təşkil ediləcəyi bildirilib.

 

Anara Mikail

Gündəm