Ukrayna ağır yaralı əsirləri Rusiyaya qaytardı
Ukrayna bütün ağır yaralı əsirləri birtərəfli qaydada Rusiyaya təhvil verib.
MediaPost xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat verib.
Qeyd olunur ki, müharibə başlayandan bəri əsir götürülən ağır yaralı bütün rusiyalı hərbçilər qaytarılır. Qaytarılan hərbçilərin dəqiq sayı barədə məlumat verilməyib. Rusiya tərəfi hələlik yaralı hərbçilərin geri qayıtmasını təsdiqləməyib və şərh etməyib.
“Söhbət hərbi əsirlərin mübadiləsindən yox, konkret olaraq repatriasiyadan - ağır yaralı əsirlərin beynəlxalq humanitar hüquqda nəzərdə tutulduğu kimi heç bir şərt olmadan geri qaytarılmasından gedir”, – qərargah "Telegram" kanalında bildirib