Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
21.02.2020 12:00 Xarici siyasət

Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.

Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Qeyd edək ki, Ukrayna parlamentinin Xocalı soyqırımının tanınması məsələsinə baxacağı gözlənilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm