Ukrayna öz təyyarəsinin qəzaya uğradığı yerdə raket qırıqlarını axtaracaq
10.01.2020 08:10 Xarici siyasət

Ukrayna öz təyyarəsinin qəzaya uğradığı yerdə raket qırıqlarını axtaracaq

Bunu “Facebook”da Ukraynanın Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov yazıb.

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, rəsmi Kiyev Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının müxtəlif səbəblərini, o cümlədən mümkün raket hücumu, toqquşma, mühərrik partlaması və ya terrorizmi gözdən keçirir.

Danilovun yazdığına görə, “təyyarənin qəzaya uğramasının müxtəlif versiyaları araşdırılır. Onların arasında ən əsası təyyarənin “Tor” ZRK daxil olmaqla, ZRK zenit raketi ilə vurulmasıdır, çünki Rusiya raketinin qırıqlarının qəza yerinin yaxınlığında aşkar edilməsi artıq internetdə yayılıb”.

Xatırladaq ki, Ukraynaya məxsus sərnişin təyyarəsi yanvarın 8-də İranda qəzaya uğrayıb.

Alparslan Öztürk

Xəbərlər departamenti

Gündəm