Ukrayna XİN başçısının müavini Azərbaycanda səfərdədir
Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycanda səfərdədir.
"MediaPost" xəbər verir ki, bu barədə Ukrayna səfiri Vladislav Kanevski "Twitter"də bildirib.
V. Bodnar Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.
Ukrayna XİN başçısının müavini M. Məmməd-Quliyevlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin perspektivli sahələrini müzakirə edib.
Qeyd edək ki, V. Bodnar QDİƏT-in Baş katibi vəzifəsinə namizəddir.