Ukraynada deputatın oğlu təyyarə qəzasında öldü
26.09.2020 23:24 Dünya

Ukraynada deputatın oğlu təyyarə qəzasında öldü

Ötən gün Ukraynanın Xarkov vilayətində texniki nasazlıq səbəbindən qəzaya uğrayan An-26 hərbi təyyarəsində Nikolayev vilayət şurasının deputatı Vadim Olabinin oğlu Vladimir də həlak olub.

"MediaPost" xəbər verir ki, bu barədə “Müxalifət platforması - Həyat üçün” partiyasının saytında məlumat verilir.

20 yaşlı Vladimir Xarkov Hava Qüvvələri Universitetinin kursantı olub.

Xəbərlər şöbəsi

Gündəm