Ukraynada dil qanununu pozanlar cərimələnəcək
11.12.2019 15:17

Ukraynada dil qanununu pozanlar cərimələnəcək

Mediapost.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna hökumətinin dövlət dilinin qorunması üzrə dil ombudsmanı Tatyana Monaxova bildirib.

O, qeyd edib ki, ictimai yerlərdə, dövlət xəstəxanası və poliklinikalara müraciət edərkən Ukrayna dilinə bilərəkdən hörmətsizlik göstərmək qanun pozuntusu sayılacaq. Monaxoca vurğulayıb ki, qanunu pozanlar 145-500 dollar məbləğində cərimə ödəməli olacaq.

Ombudsman əlavə edib ki, məişətdə Ukrayna dilini istifadə etməyənləri isə cəza gözləmir. “Uşaq, valideyn və ya dostla danışmaq, məktub və şeir yazmaq, sosial şəbəkədə mesaj paylaşmaq dili insanın şəxsi seçimidir. Ancaq bir vətəndaş kimi dövlətə ”qoru məni, öyrət məni, sağalt məni, işlə təmin et” kimi formada müraciət edərkən dövlət dili istifadə edilməlidir”, - ombudsman bildirib.

Qeyd edək ki, ombudsman bir qədər öncə “total ukraynalaşma qanununa” yenidən baxılmayacağını, Ukraynanın öz dövlət dilini gorumağa haqqının olduğunu vurğulamışdı.

Nərgiz Malik


Xəbərlər departamenti

Gündəm