Ukraynada kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb
08.12.2019 12:41

Ukraynada kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hadisə zamanı zərər çəkənlərə yardım göstərilməsi və faciənin başvermə şəraitini tezliklə müəyyənləşdirmək üçün dövlət orqanlarına tapşırıqlar verib. V.Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis yanğının törədilməsində 2 nəfərdən şübhələnir.

Qeyd edək ki, hadisə dekabrın 4-də baş verib. Daha əvvəl yanğın zamanı 8 nəfərin həlak olduğu bildirilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm