Ukraynada koronavirusdan ölənlərin sayı 209 nəfərə çatıb
26.04.2020 10:38 Dünya

Ukraynada koronavirusdan ölənlərin sayı 209 nəfərə çatıb

Ukraynada son sutka ərzində koronavirusa 492 nəfər yoluxub.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 8617 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 8 nəfər COVID -19-dan həyatını itirib. Ölkədə ümumilikdə, koronavirusdan ölənlərin sayı isə 209 nəfərə yüksəlib.


Xəbərlər departamenti

Gündəm