Ukraynada rus dilində reklamlara qadağa qoyuldu
16.01.2020 08:56 Xarici siyasət

Ukraynada rus dilində reklamlara qadağa qoyuldu

"MediaPost" xəbər verir ki, bu barədə “112 Ukrayna” məlumat yayıb.

Qanun bütün reklam elanlarını yalnız dövlət dilində, yəni Ukrayna dilində hazırlanmasını tələb edir. Bu normalar tədricən 2030-cu ilə qədər davam edəcək.

Bir müddət əvvəl Avropa Şurasının Venesiya Komissiyası Ukraynanı "dil məsələsinə görə millətlərarası gərginlikdən qaçmaq" üçün apardığı siyasətə yenidən baxmağa çağırıb. Avropa ekspertlərinin fikrincə, qanun Ukrayna dilinin qorunması və azlıqların dil hüquqlarının təmin edilməsi arasında balansı pozur.

Ötən il iyulun 16-da Ukraynada ölkənin keçmiş prezidenti Pyotr Poroşenko hökuməti tərəfindən hazırlanmış "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" Qanun qüvvəyə minib. Sənədə əsasən, Ukrayna dili dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təhsil müəssisələri, xəstəxanalar və xidmət sahələri üçün məcburidir.

Aynur Ələkbər / "MediaPost"

Xəbərlər departamenti

Gündəm