Ukraynalılar Zelenskiyə daha az güvənməyə başlayıb
"Mediapost" Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə İlka Kuçeriv adına Demokratik Təşəbbüslər fondu və Razumkov Mərkəzinin ümummilli araşdırmasında deyilir. Ukrayna prezidentinə etimad edənlərin payı 65,9%-dən 31,7%-ə enib. Vətəndaşlar daha çox Silahlı qüvvələr və Fövqəladə hallar üzrə Dövlət Xidmətinə etibar edirlər – hər birinə 71%.
Vətəndaşlar ən az məhkəmə sisteminə (62%), siyasi partiyalara (54%) və yerli məhkəmələrə etimad edirlər.
Xatırladaq ki, dekabrın 9-u Parisdə “Normand Formatı”nda keçirilən sammitdən sonra Vladimir Zelenskinin reytinqi 53%-dən 62%-ə qalxmışdı. Həmçinin narazı olan vətəndaşların sayı da azalmışdı – 33%-dən 25%-ə.
Alparslan Öztürk