Ukrayna prezidenti:“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır”
30.11.2022 13:06 Dünya

Ukrayna prezidenti:“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır”

Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb.

MediaPost modern.az-a istinadən xəbər verir ki, Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb. 

O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib.

“Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.

Xəbərlər departamenti

Gündəm