Ukraynanın beş bölgəsində hava həyəcanı elan edilib
Ukraynanın beş bölgəsində hava həyəcanı elan edilib.
MediaPost xəbər verir ki, bu ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatlarında əks olunub.
Ölkənin Çerkassı, Kirovoqrad, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində sirenalar səslənir.
Qeyd edək ki, cümə günü, mayın 26-na keçən gecə hava xəbərdarlığı rejimi bütün Ukrayna ərazisinə yayılıb. Mayın 20-nə keçən gecə Kiyevdə ondan çox partlayış baş verib.