Ülvi Mehdiyev "ASAN Xidmət"in işçisinin nikahına şahidlik etdi
23.02.2020 07:12 Cəmiyyət

Ülvi Mehdiyev "ASAN Xidmət"in işçisinin nikahına şahidlik etdi

"MediaPost" xəbər verir ki, Dövlət Agentliyinin "ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin müdiri Sənan Ələsgərovun nikah mərasimi baş tutub. Ü.Mehdiyev isə mərasimdə nikah şahidi qismində çıxış edib.

Agentlik sədri yeni ailə quracaq fiziki məhdudiyyətli cütlüyə xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, S.Ələsgərov Bakı şəhərində və bölgələrdə əlliklə bağlı bir çox sosial layihələr edib. Dünyada ilk dəfə Azərbaycanda keçirilən I Uşaq Paralimpiya Oyunlarının üzgüçülük idman növü üzrə qalibi olub.

Xəbərlər departamenti

Gündəm