“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib
24.11.2022 17:09 Gündəm

“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib

İstismara veriləndən bu ilin noyabrın 1-nə kimi Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.

MediaPost xəbər verir ki, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.

Məlumata görə, hazırda yataqda istismar quyusu fəaliyyət göstərir.

Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.

İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.

news department

Gündəm