UNESCO Mosul şəhərini bərpa edəcək
13.11.2019 15:36 Gündəm

UNESCO Mosul şəhərini bərpa edəcək

"UNESCO İraqın Mosul şəhərini yenidən inşa edəcək".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu UNESCO baş katibinin kabinetinin rəhbəri Nikolas Kassianides jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Mosul şəhərinin UNESCO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: "Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var".

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm